Yuxarı

Bakıda tekilanın dequstasiyası təşkil olunacaq

Tədbirin qonaqlarına bu içkinin istehsalı və növləri haqqında ətraflı məlumat veriləcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Bakıda Meksikanın dünya şöhrətli spirtli içkisi tekilanın dequstasiyası təşkil olunacaq.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, mətbuat nümayəndələri və Meksika mədəniyyətinin pərəstişkarları üçün təşkil olunacaq dequstasiya noyabrın 24-də səfirliyin iqamətgahında keçiriləcək.

Tədbirin qonaqlarına bu içkinin istehsalı və növləri haqqında ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Meksika milli içkisi "meskal"ın növlərindən biri olan tekila mavi aqava şirəsindən hazırlanır. İllik istehsal həcmi təxminən 2 mln. litr təşkil edir. Ən böyük pay Xalisko ştatının payına düşür. Meksikada istehsal olunan tekilanın 62 faizi ölkədən ixrac olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi