Bakıda sənədli türk filmləri festivalı keçiriləcək

Bakıda sənədli türk filmləri festivalı keçiriləcək Festival sentyabrın 27-dən noyabrın 7-dək bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda baş tutacaq
Mədəniyyət siyasəti
3958
25 İyul , 2017 13:59
Bakıda sənədli türk filmləri festivalı keçiriləcək
DailySabah

Bakı. 25 iyul. REPORT.AZ/ Türk dünyasının sənədli filmlər festivalı sentyabrın 27-dən noyabrın 7-dək bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda keçiriləcək. 

"Report" "Daily Sabah"a istinadən xəbər verir ki, bu il festivalın şurası illik festivalın Türkiyə, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Makedoniyada, 8 şəhərin 16 kinoteatrında keçirilməsi barədə qərar qəbul edib. Festivalın təşkilatçıları tədbir çərçivəsində 40 mindən çox gənc tamaşaçı cəlb etmək niyyətindədir.

Qeyd olunur ki, avqustun 22-26-da İstanbulda 7 tərəfdaş ali təhsil müəssisəsi, o cümlədən Bakı Dövlət Universitetinin (BDU) təmsilçilərindən ibarət seçmə komitəsinin iclası keçiriləcək. Komissiya tərəfindən seçilmiş 40-dən artıq sənədli film 8 şəhərdə nümayiş etdiriləcək.

Festivalın qaliblərinə Azərbaycanın tanınmış rejissoru Tofiq İsmayılovun xatirəsinə təsis edilmiş mükafat təqdim olunacaq. İştirakçılar onun haqqında lentə alınmış "Dünya bir pəncərədir" filmini izləyəcklər.

Qeyd edək ki, festival Türkiyənin baş nazirinin Təşviq Fondu, TRT teleradiosu və Türk Dünyası Bələdiyyələr Birliyi tərəfindən təşkil edilir. 

Son xəbərlər

Orphus sistemi