Bakıda sağlamlıq imkanları məhdud insanlar üçün geyim dəstləri nümayiş olunacaq

Bakıda sağlamlıq imkanları məhdud insanlar üçün geyim dəstləri nümayiş olunacaq Bakıda sağlıamlıq imkanları məhdud olan modellərin iştirakı ilə geyim nümayişi keçiriləcək.
Mədəniyyət siyasəti
2 Dekabr , 2021 14:32
Bakıda sağlamlıq imkanları məhdud insanlar üçün geyim dəstləri nümayiş olunacaq

Bakıda sağlamlıq imkanları məhdud olan modellərin iştirakı ilə geyim nümayiş olunacaq.

“Report” xəbər verir ki, 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunan, Almaniya və Fransa səfirliklərinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə sağlamlıq imkanları məhdud insanlar üçün 30 geyim dəsti nümayiş olunacaq. Bununla yanaşı, ekspertlərin iştirakı ilə müzakirələr təşkil ediləcək.

Fransanın Azərbaycandakı səfiri Zəkəri Qross ölkəsinin sağlamlıq imkanları məhdud olan insanlara yardım proqramlarında yaxından iştirak etdiyini, habelə geyim dəbinə Fransada güclü meyl olduğuna görə sözügedən layihəyə dərhal qoşulduqlarını diqqətə çatdırıb.

Geyim nümayişi nəticəsində həmin insanlara münasibətin dəyişəcəyinə ümidvar olduqlarını qeyd edən diplomat sağlamlıq imkanları məhdud insanları üçün iş yerləri açmağın, nəqliyyatda rahatlıq təmin etməyin, təhsil və s. sahələrdə bərabər imkanlar yaradılmasının vacibliyini deyib: “Amma əsas məsələ onlara baxışımız dəyişməlidir ki, yadlıq hiss etməsinlər”.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq də Avropa İttifaqı ölkələrində bu gün inklüziv məsələlərə böyük diqqət yetirildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi