Yuxarı
    Bağlamaq

    Bakıda "Mənim Hindistanım" adlı sərgi keçirilib

    Sərgi Azərbaycan-Hindistan münasibətlərinin ildönümünə həsr edilib

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun "Mənim Hindistanım" adlı sərgisi keçirilib.

    "Report"un verdiyi məlumata görə, sərgi Hindistanın Azərbaycandakı səfiri Sanjay Rananın iqamətgahında təşkil olunub.

    Tədbirdə çıxış edən səfir deyib ki, Ə.Heybətov məşhur rəssam və YUNESKO-nun Rəssamlar Assosiasiyasının üzvüdür.

    Səfirin sözlərinə görə, rəssamın məşhur əsərləri Nyu-Yorkda, Moskvada və digər şəhərlərdə sərgilənib. O, iki dəfə Hindistanda olduqdan sonra gördüklərini yaratdığı əsərlərdə əks etdirib.

    Sonra müəllif və tədbirin digər fəxri qonaqları sərginin açılmasıni bildirən simvolik şamları yandırıblar.

    Rəssamın 35-dək əsərinin nümayiş olunduğu sərgi Azərbaycan-Hindistan münasibətlərinin ildönümünə həsr olunub.

    Əsərlərin Bakının digər yerlərində də nümayışı gözlənilir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi