Bakıda Maslenitsa bayramı qeyd olunub - FOTO

Bakıda Maslenitsa bayramı qeyd olunub - FOTO Millət vəkili Əli Hüseynli: "Azərbaycanda yaşayan ruslar tarixi dəyərlərini və xüsusiyyətlərini saxlayırlar"
Mədəniyyət siyasəti
1312
19 Fevral , 2018 15:48
Bakıda Maslenitsa bayramı qeyd olunub - FOTO

Bakı. 19 fevral. REPORT.AZ/ İçərişəhərdə Qız qalası ətrafında Maslenitsa bayramı ilə əlaqədar bayram tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycan Rusiyalı Gənclər Assosiasiyası (ARGA) tərəfindən təşkil edilib.

"Bakının tarixi mərkəzində - İçərişəhər qalasında Azərbaycan Rusiyalı Gənclər Assosiasiyasının Maslenitsa bayramına həsr olunan belə gözəl bayram tədbiri keçirməsi sevindiricidir", - deyə Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Əli Hüseynli bildirib.

O vurğulayıb ki, şərqi slavyan xalqlarının bayramı olan və yazın gəlişini simvolizə edən Maslenitsa bir çox xalqlar, o cümlədən azərbaycanlılar arasında qeyd edilir.

Onun sözlərinə görə, Azərbaycanda yaşayan ruslar ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrinin mövcud olması ilə əlaqədar öz tarixi dəyərlərini və xüsusiyyətlərini saxlayırlar.

Tədbir bayram konserti ilə davam edib.

Son xəbərlər

Orphus sistemi