​Bakıda Malayziya mədəniyyəti festivalının açılışı keçirilib

​Bakıda Malayziya mədəniyyəti festivalının açılışı keçirilib Malayziyanın Mədəniyyət və Turizm Nazirliyi: Mədəni irsin başa düşülməsi iki xalqın bir birini anlaması üçün vacibdir
Mədəniyyət siyasəti
19 Sentyabr , 2015 17:51
​Bakıda Malayziya mədəniyyəti festivalının açılışı keçirilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda Malayziya mədəniyyəti festivalının açılışı keçirilib.

"Report" xəbər verir ki, festivalın açılış mərasimi Dənizkənarı Milli Parkda baş tutub. Tədbir Malayziyanın milli rəqsi ilə başlayıb, sonra iki ölkənin dövlət himnləri səslənib.

Açılış mərasimində çıxış edən Malayziya Mədəniyyət və Turizm Nazirliyi baş katibinin müavini Datuk Abdul Qafar Tambi qonaqları salamlayaraq, Bakıda belə bir festival keçirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, mədəni irsin başa düşülməsi iki xalqın bir birini anlaması üçün vacibdir. O, ümidvar olduğunu bildirib ki, mədəniyyət festivalı Azərbaycan tamaşaçılarının xoşuna gələcək və bundan sonra Malayziyanı ziyarət etmək istəyən azərbaycanlıların sayı daha çox olacaq.

Öz növbəsində, Azərbaycan mədəniyyət nazirinin müavini Ədalət Vəliyev qardaş Malayziya mədəniyyəti festivalının Bakıda ilk dəfə keçirildiyini qeyd edib. Ə. Vəliyev mədəniyyətin iki xalq arasında körpü rolunun oynadığını deyib.

Çıxışlardan sonra qonaqlara rəqs proqramı təqdim edilib. Bundan əlavə, festivalın qonaqlarına Malayziya mədəniyyəti və mətbəxi haqqında məlumat verilib.

Son xəbərlər

Orphus sistemi