Bakıda Latviya folklor rəqsləri nümayiş olunacaq

Bakıda Latviya folklor rəqsləri nümayiş olunacaq Bakıda Latviyanın Kamolins folklor qrupunun konserti keçiriləcək.
Mədəniyyət siyasəti
26 Sentyabr , 2019 11:39
Bakıda Latviya folklor rəqsləri nümayiş olunacaq

Bakıda Latviyanın "Kamolins" folklor qrupunun konserti keçiriləcək.

"Report" Latviyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, konsert sentyabrın 27-də saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində başlayacaq.

Konsertə giriş pulsuzdur.

"Kamolins" qrupu 1950-ci ildə ötən əsrin 40-cı illərində Böyük Britaniyaya yaşamağa köçən latviyalı miqrantlar tərəfindən yaradılıb. Qrup çox tez populyarlıq qazanmağa başlayıb və bir çox yerli və beynəlxalq yarışlarda iştirak edib, eyni zamanda dünyanın bir çox ölkəsində konsert salonlarının səhnələrində çıxış edib.

"Kamolins" Latviya xaricindəki ən qədim latış musiqi-folklor qrupudur.

Son xəbərlər

Orphus sistemi