Çılğın emosiyalar və atəşli ritmlər: Bakıda Kolumbiyanın musiqi qrupunun konserti olub - FOTO

Çılğın emosiyalar və atəşli ritmlər: Bakıda Kolumbiyanın musiqi qrupunun konserti olub - FOTO Bakıda Kolumbiyanın Puerto Candelaria musiqi qrupunun konserti keçirilib.
Mədəniyyət siyasəti
4 İyul , 2019 12:59
Çılğın emosiyalar və atəşli ritmlər: Bakıda Kolumbiyanın musiqi qrupunun konserti olub - FOTO

Bakıda Kolumbiyanın "Puerto Candelaria" musiqi qrupunun konserti keçirilib.

"Report" xəbər verir ki, tədbir Kolumbiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Konsert "Puerto Candelaria" qrupunun Avropa turnesi çərçivəsində baş tutub. Musiqiçilər Azərbaycandan sonra Türkiyə, Polşa, Rusiya, Portuqaliya, İrlandiya və Macarıstanda səhnəyə çıxacaqlar.

Qeyd edək ki, "Puerto Candelaria" 2000-ci ildə Kolumbiyanın Medelyin şəhərində yaradılmış qrupdur. Qrup özünə musiqi şousunun tamamilə yeni və orijinal forması kimi yer edib. İllər sonra onların ideyaları Kolumbiyanın son illərdəki ən cəsarətli, təzadlı və yenilikçi musiqi layihəsi elan edilib.

Onlar "Cumbia Underground" və "Jazz a lo Colombiano" kimi öz ritmlərini yaradıblar.

Son xəbərlər

Orphus sistemi