Yuxarı

​Bakıda Kolumbiya Mədəniyyəti Günü keçiriləcək

Qonaqlar Kolumbiya milli mətbəxi və musiqisi ilə tanış olacaqlar

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakıda Kolumbiya Mədəniyyəti Günü keçiriləcək.

Kolumbiyanın Azərbaycandakı səfirliyindən "Report" agentliyinə bildiriblər ki, tədbirdə Kolumbiya milli mətbəxinin nümunələri təqdim olunacaq.

Qonaqlar həmçinin Kolumbiyanın məşhur "Tata Morena" qrupunun ifasında milli musiqi ilə də tanış ola biləcəklər.

Tədbirdə Kolumbiya səfirliyinin əməkdaşları, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və nümayəndələri, həmçinin Azərbaycanda fəaliyyət göstərən Kolumbiya diasporunun üzvləri və digərləri iştirak edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi