Bakıda Kino İnkişaf Mərkəzi yaradılıb

Bakıda Kino İnkişaf Mərkəzi yaradılıb Bakı. 30 aprel. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən Kino İnkişaf Mərkəzi yaradılıb.
Mədəniyyət siyasəti
30 Aprel , 2018 13:32
Bakıda Kino İnkişaf Mərkəzi yaradılıb

Bakı. 30 aprel. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən Kino İnkişaf Mərkəzi yaradılıb.

Bu barədə “Report”a idarənin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Mərkəz Bakı şəhər və ətraf qəsəbələrdə mədəniyyət müəssisələrində yeni kinoteatrların yaradılması və onların işinin təkmilləşdirilməsi ilə məşğul olacaq.

Mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini daha geniş kütləyə çatdırmaq, həmdə bu sahədə çalışan insanların yaradıcılıq potensialının üzə çıxarılmasına köməklik göstərmək, kinoteatrlarda insanların xarici və yerli, Azərbaycan reallıqlarını əks etdirən, milli qəhramanların həyatından bəhs edən, vətənpərvərlik mövzusunda olan kinofilmlərə marağını artırmaq məqsədilə yaradılıb.

Yeni Mərkəzdə müasir filmlərin premyeraları, nümayişlər, müzakirələr, diskussiyalar, yaradıcı insanlarla, aktyor və rejissorlarla görüşlərin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi