​Bakıda keçiriləcək "Eurovillage-2015" festivalının proqramı açıqlanıb

​Bakıda keçiriləcək "Eurovillage-2015" festivalının proqramı açıqlanıb Qonaqlar Aİ ölkələrinin mədəniyyəti ilə tanış olacaqlar
Mədəniyyət siyasəti
1 Sentyabr , 2015 13:58
​Bakıda keçiriləcək Eurovillage-2015 festivalının proqramı açıqlanıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Eurovillage-2015" Avropa Mədəniyyəti Festivalının proqramı açıqlanıb. "Report" Aİ-nin Bakıdakı nümayəndəliyinə istinadən xəbər verir ki, tədbir sentyabrın 19-da İçərişəhərdə keçiriləcək.

Festivalın qonaqları Anar Əliyevin ecazkar çıxışını izləyə biləcəklər, bundan sonra italyan virtuozu Paskualino Barbasso pizza fırlatma şousunda öz məharətini göstərəcək. Festivalın gedişində izləyicilərə Alman və Yunan xalq rəqsləri təqdim olunacaq, tədbirin qonaqları karaoke, muzey turları və face-artda iştirak edə biləcəklər.

Tədbir Xorvat qrupu "Klapa More" və Britaniyanın "Peatbog Faeries"in çıxışları ilə yekunlaşacaq.

Qeyd edək ki, "Eurovillage" Avropa İttifaqının dəstəyi ilə 2013-ci ildən etibarən Bakıda keçirilir. Tədbirdə Aİ-yə üzv ölkələr öz mədəniyyətləri və adət-ənənələrini təqdim edirlər.

Son xəbərlər

Orphus sistemi