Yuxarı

Bakıda iki mədəniyyət evinin direktoru vəzifəsindən azad edilib

Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib

Bakı. 10 mart. REPORT.AZ/ Bakıda iki mədəniyyət evinin iki direktoru vəzifəsindən azad edilib.

Bu barədə "Report"a Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.

Məlumata görə, idarənin M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin direktoru Əliyeva Səyyarə Əjdər qızı və Nizami adına Mədəniyyət Mərkəzinin direktoru Əliyev Eldəniz Eldar oğlu tutduqları vəzifədən azad olunublar.

Xatırladaq ki, ilin əvvəlindən başlayaraq Bakı şəhərində yerləşən mədəniyyət müəsissələrində əmək fəaliyyətində aşkar edilmiş qüsurlara əsaslanaraq idarə tərəfindən bir sıra kadr dəyişikliyi həyata keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi