Yuxarı
    Bağlamaq

    Bakıda III Yaponiya Mədəniyyəti Festivalı keçiriləcək

    Yapon rəqsləri, filmlər nümayiş olunacaq, yapon mahnılar üzrə musiqi yarışması keçiriləcək

    Bakı. 27 mart. REPORT.AZ/ Bakıda III Yaponiya Mədəniyyəti Festivalı keçiriləcək.

    "Report" xəbər verir ki, tədbir aprelin 22-də Bakı Dövlət Universitetində keçiriləcək.

    Festival çərçivəsində yapon rəqsləri nümayiş olunacaq, yapon mahnıları üzrə musiqi yarışması keçiriləcək, yapon filmlərin, eləcə də yapon dilində "Tıq-tıq xanım" cizgi filminin nümayişi təşkil ediləcək.

    Bundan əlavə, festival zamanı oriqami, ikebana və Yaponiyanın digər yaradıcı sənət növləri üzrə master-klass keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi