Bakıda İtaliya mətbəxi həftəsi keçiriləcək

Bakıda İtaliya mətbəxi həftəsi keçiriləcək Qonaqlara İtaliya kulinariyasının nümunələri göstəriləcək, eləcə də bu yeməklərin hazırlanması üzrə master-klasslar nümayiş olunacaq
Mədəniyyət siyasəti
1 Avqust , 2016 13:45
Bakıda İtaliya mətbəxi həftəsi keçiriləcək

Bakı. 1 avqust. REPORT.AZ/ Bakıda bu ilin noyabr ayında İtaliya mətbəxi həftəsi keçiriləcək.

İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir bütün dünya üzrə qeyd edilən İtaliya mətbəxi həftəsi çərçivəsində keçiriləcək.

Qonaqlara İtaliya kulinariyasının nümunələri göstəriləcək, eləcə də bu yeməklərin hazırlanması üzrə master-klasslar nümayiş olunacaq.

Hazırda tədbirin proqramı və dəqiq tarixi üzərində iş gedir.

Son xəbərlər

Orphus sistemi