Bakıda İran Kinosu Günlərinin açılış mərasimi keçirilib

Bakıda İran Kinosu Günlərinin açılış mərasimi keçirilib Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda İran Kinosu Günlərinin açılış mərasimi keçirilib.
Mədəniyyət siyasəti
23 Fevral , 2018 18:55
Bakıda İran Kinosu Günlərinin açılış mərasimi keçirilib

Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda İran Kinosu Günlərinin açılış mərasimi keçirilib.

“Report" xəbər verir ki, festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman və bir sıra ictimai xadimlər iştirak ediblər.

Ə.Qarayev bildirib ki, artıq bu cür tədbirlərin keçirilməsi ənənəyə çevrilib: "Hər il Azərbaycanla İran arasında bu cür mədəni mübadilələr təşkil olunacaq. Hesab edirəm ki, Azərbaycan tamaşaçısı üçün İran kino sənayesinin ərsəyə gətirdiyi filmlərin baxışları çox maraqla keçəcək. İran və Azərbaycan arasında kino çəkilişində birgə proqramlar həyata keçirilir".

Mərasimdə rejissor İbrahim Hatimikiyanın “Cangüdən” bədii filmi tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, İran Kino Günləri çərçivəsində fevralın 24-də Kamal Təbrizinin “Xəyalın şirin tamı”, fevralın 25-də Əbdülhəsən Davudinin “Divanə top”, fevralın 27-də isə Kiyaməs Purəhmədin “Ayaqqabım hanı?” bədii filmləri nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi