Bakıda İndoneziya Mədəniyyət Festivalı keçirilib

Bakıda İndoneziya Mədəniyyət Festivalı keçirilib Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən İndoneziya Mədəniyyət Günləri davam edir.
Mədəniyyət siyasəti
14 Sentyabr , 2018 11:56
Bakıda İndoneziya Mədəniyyət Festivalı keçirilib
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən İndoneziya Mədəniyyət Günləri davam edir.

"Report" xəbər verir ki, sentyabrın 13-də Heydər Əliyev sarayında Mədəniyyət Günləri çərçivəsində İndoneziya Mədəniyyət Festivalı keçirilib, paytaxtın sakinləri, qonaqları bu ölkənin ənənəvi musiqisi, rəqsləri və dəbi ilə tanış olmaq imkanı qazanıblar.

Belə ki, İndoneziyanın "Tubaba Pakem" qrupu Sumatra adasının ənənəvi rəqsi olan, tarixən krallar və xüsusi fəxri qonaqlar qarşısında, indi isə İndoneziya toylarında və ya digər vacib mərasimlərdə oynanılan "Sembah Sigeh" rəqsini tamaşaçılara nümayiş etdirib. 

Azərbaycan Dillər Universitetinin İndoneziya Mərkəzinin rəqs qrupu isə "Cecer Qandrunq" ənənəvi məhsuldarlıq rəqsini, Yava adasından ənənəvi "Rampak Kindanq" rəqsini və "İnqqanq" rəqsini ifa edib.

Festival çərçivəsində həmçinin indoneziyalı müğənni Ameliya Onq caz kompozisiyalarını ifa edib, modellərin ənənəvi milli geyimləri sərgilədiyi moda nümayişi keçirilib.

Son xəbərlər

Orphus sistemi