Bakıda “I Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar” adlı simpozium və sərgi keçiriləcək

Bakıda “I Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar” adlı simpozium və sərgi keçiriləcək Tədbir iyunun 2-3-də baş tutacaq
Mədəniyyət siyasəti
28 May , 2016 15:23
Bakıda “I Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar” adlı simpozium və sərgi keçiriləcək

Bakı. 28 may. REPORT.AZ/ İyunun 2-3-də Azərbaycan Xalça Muzeyində “I Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar” adlı simpozium və sərgi keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq. 

Xalça Muzeyindən "Report"a verilən məlumata görə, minillik tarixi olan türk mənşəli xalqların mədəniyyətinin ən əhəmiyyətli maddi elementlərinin başında xovlu və xovsuz xalça nümunələri durur. Sadəcə, gündəlik həyatda istifadə olunan bir əşya deyil, eyni zamanda bir sənət əsəri olan bu məhsullar üzərindəki naxışlarla dünənin və bu günün çox geniş bir əraziyə yayılan türk mənşəli xalqların vizual əlaqələrinin bir göstəricisidir.

Türk dili, mədəniyyət və incəsənət sahələrində təhsil almaq istəyənlərə xaricdə xidmət göstərmək” məqsədilə 2009-cu ildə fəaliyyətə başlayan Yunus Əmrə İnstitutu bu məqsədini həyata keçirmək üçün çox qısa bir vaxtda dünyanın 43 ölkəsində Türk Mədəniyyət Mərkəzləri açıb.

Bu mərkəzlərdən biri də Bakı Yunus Əmrə İnstitutudur. 2013-cü ildə açılan Bakı Türk Mədəniyyət Mərkəzi Azərbaycanda bir tərəfdən Türk dili kursları ilə təlim və təhsil vəzifəsini icra etməyə çarlışarkən, digər tərəfdən də bir-birinə çox yaxın mədəniyyət dünyasına sahib olan iki ölkənin ortaq dəyərləri üstündə mədəniyyət və incəsənət tədbirlərini davam etdirir.

Yunus Əmrə İnstitutu Türk dünyasının incəsənətdəki “ortaq dil” olduğu həqiqətini vurğulayaraq, mövzu ilə bağlı ilk addım atıb, Bakıda “Türk dünyasının ortaq dili naxışlar” adlı simpozium keçirməyə qərar verib. 

Son xəbərlər

Orphus sistemi