Bakı. 30 avqust. REPORT.AZ/ Sentyabr ayının 2-dən 17-dək Bakıda Hindistan məhsullarının ənənəvi sərgisi keçiriləcək.
"Report" xəbər verir ki, sərginin açılışında Hindistanın Azərbaycandakı səfiri Sancay Rananın iştirak edəcəyi gözlənilir.
Sərgidə ziyarətçilər Hindistanda istehsal olunan paltar və ev əşyaları, ədviyyat və bəzək əşyaları almaq imkanına malik olacaq.
Həmçinin mədəni tədbirlərin keçirilməsi nəzərdən keçirilir.