Yuxarı

Bakıda Hindistan mədəniyyəti sərgisi keçiriləcək

Sərgidə Hindistan mədəniyyəti nümunələri, hindistanlı ustaların əl işləri nümayiş olunacaq

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda 4-cü illik Hindistan mədəniyyəti sərgisi keçiriləcək.

Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, sərgi martın 8-də açılacaq və martın 27-dək davam edəcək.

Sərgi "Amay" ticarət mərkəzində keçiriləcək. Orada Hindistan mədəniyyəti nümunələri, hindistanlı ustaların əl işləri nümayiş olunacaq. Eyni zamanda hindistanlı musiqiçilərin və rəqqasələrin çıxışı da gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi