Bakıda Hind Mədəniyyəti Beynəlxalq sərgisi açılacaq

Bakıda Hind Mədəniyyəti Beynəlxalq sərgisi açılacaq Sərgi sentyabrın 2-dən 18-dək davam edəcək
Mədəniyyət siyasəti
25 Avqust , 2016 20:54
Bakıda Hind Mədəniyyəti Beynəlxalq sərgisi açılacaq

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq Hind Mədəniyyəti Beynəlxalq sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, sərgi sentyabrın 2-dən 18-dək "Amay" ticarət mərkəzində baş tutacaq.

Sərgidə hind rəqsləri, hind yeməkləri təqdim ediləcək. Həmçinin qonaqlar Hindistandan gətirilən qızıl və gümüş əşyalar, tavalar və qazanlar, mebel, xalçalar, ədviyyatlar, çay və s. əldə edə bilərlər.

Hər gün saat 11.00-dən 20.00-dək keçirilən sərgiyə giriş sərbəstdir.

Son xəbərlər

Orphus sistemi