Yuxarı
    Bağlamaq

    Bakıda hind filmləri festivalı keçiriləcək

    Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda hind filmləri festivalının keçirilməsi planlaşdırılır.

    "Report" xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana mətbuat konfransında bildirib.

    Səfir Azərbaycanda çəkilən filmlərin keyfiyyətini yüksək qiymətləndirib və qeyd edib ki, Azərbaycan filmləri Hindistanda müxtəlif film festivallarında dəfələrlə nümayiş olunub.

    "Azərbaycanda hindistanlı kino ulduzlarından bir çoxunun adını bilirlər. Buna görə də bura daha çox hind filmi gətirmək istəyirik. Önümüzdəki aylarda Bakıda hind filmləri festivalı təşkil etmək və onların kommersiya əsaslı olmasını istəyirik", - S.Rana deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi