Bakıda gender bərabərliyi üzrə beynəlxalq layihənin təqdimatı keçirilib

Bakıda gender bərabərliyi üzrə beynəlxalq layihənin təqdimatı keçirilib Latviya səfirliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi və Norveçin Ankaradakı səfirliyi ilə birgə “Qız qalası. Qadın olmaq” layihəsinin davamı olaraq gender bərabərliyi mövzusunda “O” Beynəlxalq Müasir İncəsənət Layihəsini t
Mədəniyyət siyasəti
147
7 Mart , 2022 17:46
Bakıda gender bərabərliyi üzrə beynəlxalq layihənin təqdimatı keçirilib

Latviya səfirliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi və Norveçin Ankaradakı səfirliyi ilə birgə “Qız qalası. Qadın olmaq” layihəsinin davamı olaraq gender bərabərliyi mövzusunda “O” Beynəlxalq Müasir İncəsənət Layihəsini təşkil edir.

“Report” xəbər verir ki, layihənin açılışında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, tanınmış fransalı fotojurnalist Reza Deqati, rəssam Səbinə Şıxlinskaya iştirak ediblər.

Layihə çərçivəsində bir sıra tədbirlərin, o cümlədən filmlərin nümayişi, həmçinin müasir cəmiyyətdə gender bərabərliyi mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub.

BMT-nin rezident əlaqələndiricisinin sözlərinə görə, o, 8 Mart ərəfəsində dünyada qadınların gücünə dair bu layihəni təqdim etməkdən çox məmnundur.

“BMT Azərbaycanla birlikdə qadınlara və onların hüquqlarına həsr olunmuş bir çox layihələr təşkil edir. Münaqişədən sonrakı şəraitdə qadınların iştirakı xüsusi əhəmiyyət kəsb edir. Onların səsinin eşidilməsi zəruridir”, - V.Andreyeva deyib.

Fotojurnalist Reza Deqatinin fikrincə, müharibələrdən və silahlı münaqişələrdən ən çox əziyyət çəkən qadınlar və uşaqlardır. O, qadınların cəmiyyətdə və qərarların qəbulu prosesində rolunun artırılması üçün səylərin gücləndirilməsinə çağırıb.

Son xəbərlər

Orphus sistemi