Bakıda Frankofoniya günləri qastronomiya tədbiri ilə yekunlaşıb

Bakıda Frankofoniya günləri qastronomiya tədbiri ilə yekunlaşıb Frankofoniyaya üzv olan 10 ölkə milli mətbəx nümunələrini təqdim edib
Mədəniyyət siyasəti
22 Aprel , 2017 14:00
Bakıda Frankofoniya günləri qastronomiya tədbiri ilə yekunlaşıb

Bakı. 22 aprel. REPORT.AZ/ Bakıda Frankofoniya günləri qastronomiya tədbiri ilə yekunlaşıb.

"Report" xəbər verir ki, tədbir Frankofoniya səfirlərinin giriş nitqləri ilə başlayıb.

Qonaqlara bu ölkələrin milli mətbəxi və mədəniyyətinin nümunələri nümayiş etdirilib. Ardından gənc azərbaycanlı musiqiçilərin ifasında frankofon mahnılardan ibarət konsert keçirilib. Frankofoniya günləri çərçivəsində baş tutan turnir və müsabiqələrin qaliblərinə mükafatlar təqdim edilib.

Ümumiyyətlə, Frankofoniya günləri Bakıda aprelin 1-dən başlayıb. Ötən üç həftə ərzində Beynəlxalq Frankofoniya Təşkilatının 10 üzvü (Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Meksika, Rumıniya və İsveçrə) bir araya gələrək fransız dilini, Frankofoniyanın dəyərlərini zəngin tədbirlərlə təqdim edib.

Qeyd edək ki, Frankofoniya günləri Bakıda hər il yazda keçirilir. Frankofoniya fransız dilində danışan insanları birləşdirir. 1970-ci ildən etibarən dünyanın fransız dilli ölkələrinin əməkdaşlığı məsələləri ilə məşğul olan eyniadlı təşkilat da fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi