Bakıda ənənəvi yapon musiqisi konserti keçiriləcək

Bakıda ənənəvi yapon musiqisi konserti keçiriləcək "Gündoğan ölkənin Odlar Yurdu ilə qovuşması" adlı konsertdə yapon ifaçılar çıxış edəcək
Mədəniyyət siyasəti
14 Dekabr , 2015 14:52
Bakıda ənənəvi yapon musiqisi konserti keçiriləcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda "Gündoğan ölkənin Odlar Yurdu ilə qovuşması" adlı yapon musiqi konserti keçiriləcək.

"Report" xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin və JTİ korporasiyasının dəstəyi ilə təşkil olunan konsert proqramı dekabrın 17-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Konsertdə yapon sənətçilər - Kikuçi Kouzan, Masanori Tsubaki və Omodaki Akikonun ifasında ənənəvi yapon musiqisi səslənəcək.

Dekabrın 15-də analoji konsert İsmayıllı rayonu Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçiriləcək.

Konsertə giriş pulsuzdur.

Son xəbərlər

Orphus sistemi