Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakıda Meksika ənənəvi alkoqollu içkisi olan "meskal"ın təqdimatı olacaq.
Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, təqdimat mərasimi oktyabrın 27-də səfirliyin mənzil-iqamətgahında baş tutacaq.
Təqdimat mərasiminə Meksikadan bu içki üzrə mütəxəssis dəvət edilib. O, "meskal"ın mənşəyi və istehsalı haqda məlumat verəcək.
Qeyd edək ki, "meskal" mavi aqavanın qıcqırdılmış şirəsindən hazırlanır. Onun daha çox yayılmış növü tekiladır.