Yuxarı

​Bakıda Dağıstan Respublikasının Azərbaycanda Mədəniyyət günlərinin rəsmi açılış mərasimi keçirilib - FOTO

Dağıstan başçısı Heydər Əliyev Sarayında təşkil olunmuş Dağıstan xalqlarının incəsənəti adlı ekspozisiya ilə tanış olub

Bakı. 12 may. REPORT.AZ/ Bakıda Dağıstan Respublikasının Azərbaycanda Mədəniyyət günlərinin rəsmi açılış mərasimi keçirilib.

"Report"un verdiyi xəbərə görə, açılışda Bakıda işgüzar səfərdə olan Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov iştirak edib.

O, Heydər Əliyev adına Sarayda təşkil olunmuş Dağıstanın dekorativ tətbiqi incəsənəti,ənənəvi sənətkarlıq və xalq sənətkarlığına həsr edilmiş "Dağıstan xalqlarının incəsənəti" adlı ekspozisiya ilə tanış olub.

Daha sonra Dağıstanın tanınmış artistləri və kollektivlərinin iştirakı ilə konsert proqramı nümayiş etdirilib.

Mayın 13-də Dağıstan nümayəndə heyəti Xaçmaz və Qusar rayonlarında olacaq. Burada Dağıstanın incəsənət ustaları, yaradıcı insanları və aktyor kollektivlərinin iştirakı ilə konsert proqramları və tamaşalar nümayiş etdiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi