Bakı. 13 aprel. REPORT.AZ/ Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Azərbaycanda sərgi keçiriləcək. Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Müharibədən sülhə" adlı foto-sərgi Türkiyənin Azərbaycandakı səfirliyi, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi, Azərbaycanın
Sərginin açılışında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun da iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyində keçiriləcək sərginin açılışı aprelin 14-də olacaq və aprelin 21-nə qədər davam edəcək.