Bakıda Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun 100 illiyi ilə bağlı fotosərgi keçiriləcək

Bakıda Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun 100 illiyi ilə bağlı fotosərgi keçiriləcək Sərgidə, təxminən, 40 ədəd foto nümayiş olunacaq
Mədəniyyət siyasəti
16 May , 2018 16:25
Bakıda Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun 100 illiyi ilə bağlı fotosərgi keçiriləcək

Bakı. 16 may. REPORT.AZ/ Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü” mövzusunda fotosərgi keçiriləcək.

Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat xidmətindən bildiriblər.

Sərgi mayın 24-dən iyunun 6-dək Azərbaycan İstiqlaliyyət Muzeyində Türkiyənin Azərbaycandakı səfirliyi və Bakı Yunus Əmrə İnstitutu tərəfindən təşkil olunacaq. Tədbirdə, təxminən, 40 ədəd foto nümayiş etdiriləcək.

Sərginin məqsədi ulu öndər Heydər Əliyevin "İki dövlət bir millət" ifadəsinə əasaslanaraq iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi xatırlamaq və onlara sahib çıxmaqdır. 

Son xəbərlər

Orphus sistemi