Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycan və Almaniya dostluğunun rəmzi kimi Baddi ayı balasına abidə ucaldılıb

    Ayı balasını xüsusi müsabiqənin qalibi olan azərbaycanlı xanım rəssam boyayıb© Report.az

    Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda Azərbaycan və Almaniya dostluğunun rəmzi kimi Baddi ayı balasına abidə ucaldılıb. Abidə şəhərin mərkəzində Nizami küçəsində ucaldılıb.

    "Report" xəbər verir ki, abidənin açılış mərasimində Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab da iştirak edib.

    "Biz də Bakı şəhərinin gözəlliyinə öz töhfəmizi vermək istədik. Buna görə də belə abidə ucaltmaq qərarına gəldik. Azərbaycan paytaxtının mərkəzində belə gözəl və rəngarəng ayı balası abidəsinin ucaldılması dostluğumuzun rəmzidir" - M.Kindsqrab bildirib. O əlavə edib ki, bu ayı balası Berlin şəhərinin rəmzidir.

    Səfir abidənin quraşdırılmasında yardım göstərdiklərinə görə paytaxt meriyasına və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib: "Bu, birgə fəaliyyətimizin nəticəsidir".

    Diplomat ayı balasını xüsusi müsabiqənin qalibi olan azərbaycanlı xanım rəssamın boyadığını vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi