Yuxarı
    Bağlamaq

    Bakıda "Avropa şəhərciyi-2015" festivalı keçiriləcək

    Tədbir çərçivəsində müxtəlif müsabiqə və viktorinaların, karaoke və muzey turlarının təşkil olunması nəzərdə tutulub

    Bakı. 17 avqust. REPORT.AZ/ Bakıda "Avropa şəhərciyi-2015" ("Eurovillage-2015") festivalı keçiriləcək. "Report" xəbər verir ki, sentyabrın 19-da keçiriləcək tədbiri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi təşkil edib və paytaxtda üçüncü ildir ki, keçirilir. 

    Festivalın məqsədi Bakı sakinlərinin Avropa ənənələri və mədəniyyəti ilə tanış olmasıdır. Tədbir çərçivəsində müxtəlif müsabiqə və viktorinaların, karaoke və muzey turlarının təşkil olunması nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi