Yuxarı

Bakıda Avropa filmləri festivalı keçiriləcək

VI Avropa filmləri festivalı oktyabrın 29-dan noyabrın 6-dək davam edəcək

Bakı. 24 oktyabr. REPORT.AZ/ Oktyabrın 29-dan noyabrın 6-dək Bakıda VI Avropa filmləri festivalı keçiriləcək. 

"Report" xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Aİ ölkələrinin Azərbaycanda akkreditasiyadan keçən səfirliklərinin təşkilatçılığı ilə keçiriləcək tədbir zamanı Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan məşhur rejissorların filmləri nümayiş olunacaq. 

Noyabr ayının 5-də festival çərçivəsində tamaşaçılara həmçinin Azərbaycan istehsalı olan "Qatil" psixoloji dramı təqdim olunacaq. 

Festival çərçivəsində nümayiş olunan filmlərə giriş pulsuzdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi