Bakıda "Anadolu Rəngləri" adlı xüsusi konsert proqramı təşkil edilib

Bakıda "Anadolu Rəngləri" adlı xüsusi konsert proqramı təşkil edilib Hikmət Babaoğlu: "İnanırıq ki, qardaş Türkiyə bütün sınaqlardan üzüağ çıxacaq"
Mədəniyyət siyasəti
23 Dekabr , 2016 19:52
Bakıda Anadolu Rəngləri adlı xüsusi konsert proqramı təşkil edilib

Bakı 23 dekabr. REPORT.AZ/ Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Yunus Əmrə İnstitunun birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Sarayda “Anadolu Rəngləri” adlı xüsusi konsert proqramı təşkil edilib.

"Report" xəbər verir ki, konsert proqramı hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu qardaş ölkənin tarixin çox mürəkkəb bir dövründən keçdiyini bildirib: "İnanırıq ki, qardaş Türkiyə bütün sınaqlardan üzüağ çıxacaq. Azərbaycan mədəniyyəti ilə Anadolu mədəniyyəti eyni mənbədən qaynaqlanır. Azərbaycanla Türkiyə iki qardaş ölkədir. Onların gücü birlikdədir".

Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral isə "Bir millət, iki dövlət" ifadəsini xatırladaraq indiki şəraitdə qardaşlığın daha da ön plana çıxdığını vurğulayıb.

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət Müdirliyinə bağlı İstanbul Tarixi Türk Musiqi Cəmiyyəti, Mehtər Qrupu, Dövlət Xalq Rəqsləri Cəmiyyəti, Ankara Türk Dünyası Musiqi Cəmiyyəti, Konya Türk Təsəvvüf Musiqisi Cəmiyyəti, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul və İzmir Klassik Türk Musiqisi Xor Ansamblından olan sənətçiləri birlikdə eyni səhnədə çıxış ediblər.

Tamaşaçılar mədəniyyətlərin beşiyi Anadolunun Mehtər Marşlarından Türk Xalq Musiqisinə, Xalq Rəqsləri nümunələrindən Klassik Türk Musiqisi nəğmələrinə, Təsəvvüf Musiqisindən Türk Dünyası Musiqi nümunələrinə kimi geniş bir repertuarı dinləmə fürsəti əldə ediblər.

Son xəbərlər

Orphus sistemi