​Bakıda Alman ifaçısı Sebastyan Ştudnitskinin orqan-caz musiqisi konserti keçiriləcək

​Bakıda Alman ifaçısı Sebastyan Ştudnitskinin orqan-caz musiqisi konserti keçiriləcək Konsert Almaniyanın birləşməsinin 25-ci ildönümünə həsr olunub
Mədəniyyət siyasəti
1 Oktyabr , 2015 10:52
​Bakıda Alman ifaçısı Sebastyan Ştudnitskinin orqan-caz musiqisi konserti keçiriləcək

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bakıda almaniyalı caz musiqisi ifaçısı Sebastyan Ştudnitskinin caz və orqan musiqisi konserti keçiriləcək.

"Report" Almaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, konsert Almaniyanın birləşməsinin 25-ci ildönümünə həsr olunub.

Konsert oktyabrın 2-də saat 19:00-da Kapellhausda keçiriləcək. Konsertdə S.Ştudnitski ilə birlikdə Azərbaycan musiqiçiləri Rain Sultanov və Elçin Şirinov da çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi