Bakıda Abidə Menecerləri Forumu keçirilib

Bakıda Abidə Menecerləri Forumu keçirilib Bakıda UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyası çərçivəsində Abidə Menecerləri Forumu keçirilib.
Mədəniyyət siyasəti
27 İyun , 2019 11:32
Bakıda Abidə Menecerləri Forumu keçirilib
Report/ Elchin Murad

Bakıda UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyası çərçivəsində Abidə Menecerləri Forumu keçirilib.

"Report" xəbər verir ki, forumun açılışında çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə dünya mədəni irsi ilə bağlı məsələlərin müzakirə ediləcəyini söyləyib. 

O bildirib ki, dünya irs siyahısında cəmi 1000 abidə var: "Onların idarə edilməsi, qlobal çağırış dövründə vəziyyətlərinin müzakirə olunması, mühafizəsi dünyanın ən narahatedici məsələlərindən biridir. Azərbaycandan iki abidə - həm İçərişəhər, həm də Qobustan Qoruğu dünya irs siyahısına daxildir".

Nazir əlavə edib ki, foruma dünyanın ən nüfuzlu mədəni irs siyahısına daxil olan məkanların rəhbərləri gəliblər: "Onların qarşısında bizim vəziyyətimizi təqdim etmək, bizim apardığımız işlər haqqında məlumat vermək, eyni zamanda onların təcrübəsini gələcəkdə Azərbaycanda və digər ölkələrdə tətbiq etmək vacib məsələdir. Hesab edirəm ki, bu təcrübə mübadiləsi olduqca mühümdür. Biz gözləyirik ki, bu konfransdan sonra Azərbaycandakı bir neçə məkan siyahıya salınması prosesi sürətlənəcək. Biz yeni nominasiyaları çıxış edəcəyik. Əminəm ki, burda qazanılacaq təcrübə Azərbaycanın mədəni irsinin qorunması məsələsində olduqca böyük əhəmiyyətə malikdir".

Forum çıxışlarla davam edib. 

Son xəbərlər

Orphus sistemi