Bakı Xoreoqrafiya Akademiyası qanun pozuntuları ilə bağlı aparılan araşdırmalara münasibət bildirib

Bakı Xoreoqrafiya Akademiyası qanun pozuntuları ilə bağlı aparılan araşdırmalara münasibət bildirib Bakı Xoreoqrafiya Akademiyası (BXA) təhsil müəssisələrində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılan araşdırmalara münasibət bildirib.
Mədəniyyət siyasəti
20 May , 2022 14:28
Bakı Xoreoqrafiya Akademiyası qanun pozuntuları ilə bağlı aparılan araşdırmalara münasibət bildirib

Bakı Xoreoqrafiya Akademiyası (BXA) təhsil müəssisələrində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılan araşdırmalara münasibət bildirib.

Ali məktəbdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, hüquqpozmaların qarşısının alınması məqsədilə monitorinqlər, xidməti araşdırmalar aparılır.

"Mədəniyyət Nazirliyinin müvafiq komissiyası tərəfindən 2022-ci ilin yanvar ayında Bakı Xoreoqrafiya Akademiyasında aparılmış xidməti araşdırma zamanı Akademiyanın müəyyən dövrü əhatə edən fəaliyyətində pozuntu halları aşkar edilib. Araşdırma nəticəsində toplanmış müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının yeni rəhbərliyi tərəfindən sözügedən araşdırma zamanı aşkar olunmuş pozuntu hallarının, o cümlədən tədris prosesinin təşkilində olan problemlərin aradan qaldırılması, Akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanların qabiliyyətlərinin və ifaçılıq bacarıqlarının inkişaf etdirilməsi, onların yaradıcılıq potensialının reallaşdırılması və artırılması üçün əlverişli şəraitin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir", - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi