Bakı şəhəri üzrə Novruz Bayramı Təqvimi açıqlanıb - SİYAHI

Bakı şəhəri üzrə Novruz Bayramı Təqvimi açıqlanıb - SİYAHI Bakı. 6 mart. REPORT.AZ/ Bakı şəhəri üzrə Novruz Bayramı Təqvimi açıqlanıb. 
Mədəniyyət siyasəti
6 Mart , 2018 15:58
Bakı şəhəri üzrə Novruz Bayramı Təqvimi açıqlanıb - SİYAHI

Bakı. 6 mart. REPORT.AZ/ Bakı şəhəri üzrə Novruz Bayramı Təqvimi açıqlanıb. 

"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən Novruz bayramı ərəfəsində Bakı şəhəri ərazisində keçiriləcək Novruz tədbirləri haqqında məlumatları təqdim edir: 

Beynəlxalq Novruz gününə həsr olunmuş ümümxalq şənliyi

İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.
19 mart
Novruz Bayramı festivalı – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində keçiriləcək festivalda Azərbaycanla yanaşı, bu bayramı qeyd edən ölkələrin nümayəndələri də iştirak edirlər. Festival çərçivəsində Qoşa Qala Qapısı meydanında "Meydan Bazarı" təşkil olunur. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi "Meydan Bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənir.
20-26 mart
Novruz Bayramı festivalı – "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək.
20-21 mart
Fəvvarələr Meydanında Novruz Festivalı

Novruz Festivalı çərçivəsində yeddi gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kollektivin iştirakıyla Fəvvarələr Meydanında konsert proqramı təqdim ediləcək.
Sənətkarlar öz əl işlərini nümayiş edəcək, milli mətbəxin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcək.
20-26 mart

Son xəbərlər

Orphus sistemi