Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin elektron poçt ünvanı yenilənib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin elektron poçt ünvanı yenilənib Baş İdarənin gələcəkdə fəaliyyət istiqamətləri müasir elektron informasiya resurslarından istifadə etməklə həyata keçiriləcək
Mədəniyyət siyasəti
6 Aprel , 2016 15:30
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin elektron poçt ünvanı yenilənib

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin [email protected] rəsmi elektron poçt ünvanı yenilənib. 

Bu barədə "Report"a İdarədən məlumat verilib.

Belə ki, bu gündən etibarən şəbəkəyə daxil olan müəssisə və digər təşkilatlardan idarəyə gələn və idarədən yayımlanan bütün məktub, məlumat və xəbərlər info@bmt.az mail ünvanından həyata keçiriləcək.

"Həmçinin, idarədaxili vahid sistemdə şəxsi e-mail ünvanlar yaradılıb ki, bu da həm şəbəkə daxili əlaqələr, həmdə vətəndaşların struktur rəhbərləri ilə birbaşa təmas qurması üçün daha geniş imkanlar yaradır", - idarədən bildirilib.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi bu addımı yeni texnologiyalar və elektron resursları vasitələrindən istifadənin təkmilləşdirilməsi isiqamətində atıb.

Baş İdarənin gələcəkdə fəaliyyət istiqamətləri müasir elektron informasiya resurslarından istifadə etməklə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi