Bakı. 8 iyul. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsi məqsədi ilə yeni “Retro Bakı” layihəyəsinə start verilib.
Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.
Hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq.
İki saat ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri, retro və cazz musiqisi ilə zəngin proqrama, rəqs nömrələrinə tamaşa edə biləcək.
Qeyd edək ki, layihənin ilk açılış konsertləri iyunun 8-i və 9-da saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.