Avropa Oyunlarının Əməliyyat Komitəsi Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib

Avropa Oyunlarının Əməliyyat Komitəsi Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib "Sizinlə əməkdaşlıq etdiyimiz üçün böyük məmnunluq hissi duyuram"
Mədəniyyət siyasəti
9 İyul , 2015 11:01
Avropa Oyunlarının Əməliyyat Komitəsi Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib

Bakı. 9 iyul. REPORT.AZ/ "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsi Oyunlardan əvvəl və keçirildiyi müddətdə göstərdiyi dəstəyə və köməyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya üzrə direktoru Kolin Gibson bununla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkür məktubu göndərib.

Məktubda deyilir: "İlk öncə Birinci Avropa Oyunlarının böyük müvəffəqiyyətlə təşkil olunması və başa çatdırılması münasibətilə Sizi təbrik edirəm. Azərbaycan beynəlxalq idman təqvimində bir ilkə imza atdı.

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsi Oyunların hərtərəfli uğurla həyata keçirilməsi məqsədilə mətbuat və ictimaiyyətlə əlaqələr sahəsinə də xüsusi diqqət göstərib. Bu istiqamətdə Azərbaycanın dövlət qurumları ilə vahid komanda şəklində fəaliyyət göstərmə və qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün "Bakı 2015"in Kommunikasiya üzrə İnteqrasiya İşçi Qrupu yaradıldı. Həmin qrupun fəaliyyətinə verdiyiniz töhfələr və işimizin təşkili üçün dəyərli vaxtınızı ayırdığınız üçün Sizə öz minnətdarlığımı bildirirəm.
Sizinlə əməkdaşlıq etdiyimiz üçün böyük məmnunluq hissi duyuram.
Bir daha "Bakı 2015" ilk Avropa Oyunlarına göstərdiyiniz dəstəyə və köməyə görə Sizə təşəkkür edir və gələcək işlərinizdə uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi