Yuxarı
    Bağlamaq

    ​“Bakı - Avropa Oyunları 2015” adlı film çəkilir

    Filmin ssenari müəllifi Sergey Şaçin, rejissoru Natalya Zavoznenkodur

    Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda keçirilən I Avropa Oyunları haqqında Rusiya kinematoqrafçılarının iştirakı ilə “Bakı - Avropa Oyunları 2015” adlı tammetrajlı sənədli film çəkilir. Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

    Ölkədə yüksək səviyyədə təşkil olunan ilk Avropa Oyunları ilə yanaşı, filmdə Azərbaycanda qədim tarixi ənənələrə malik olan milli idman növlərinin yaranma tarixindən, inkişafından, xalqımızın həyat və məişətindəki mühüm yerindən də bəhs ediləcək.

    Mədəniyyət və Turizm Nazirliyinin “Dublyaj” studiyasında dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifi Sergey Şaçin və rejissoru Natalya Zavoznenko idman kinosu mövzusunda bir neçə beynəlxalq layihələrin müəllifləridirlər. Filmin operatorları Asif Qəhrəmanov, Allahverdi Şahqulubəyov, İvan Germanov, Aleksandr Koçubeydir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi