Bakı Ali Neft Məktəbində Fuad Poladov ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbində Fuad Poladov ilə görüş keçirilib Aktyor tələbələrin ünvanladıqları çoxsaylı sualları cavablandırıb
Mədəniyyət siyasəti
17 Oktyabr , 2016 15:52
Bakı Ali Neft Məktəbində Fuad Poladov ilə görüş keçirilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində xalq artsiti Fuad Poladovla görüş keçirilib.

Fondun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, BANM-nin prorektoru, professor Ramiz Hümbətov Fuad Poladovun yaradıcılığı haqqında müfəssəl məlumat verib.

Sonra xalq artisti onu sevənlərlə baş-başa buraxılıb. Aktyor tələbələrin ünvanladıqları çoxsaylı sualları cavablandırıb. 

Tədbirdə xalq artistinin sənət taleyi ilə bağlı fikir mübadiləsi aparılıb, həm kinoda, həm də teatrda yaratdığı obrazların müzakirəsi olub. 

Tələbələr Fuad Poladovun sevdiyi şair Ramiz Rövşənin şeirlərini ifa ediblər.

Son xəbərlər

Orphus sistemi