Yuxarı
    Bağlamaq

    ​Bakı Ali Neft Məktəbi Novruz bayramını qeyd edib

    BANM-in tələbələri hazırladıqları rəqslərlə çıxış edib

    Bakı. 18 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rəhbər, professor-müəllim və tələbə heyətinin iştirakı ilə Novruz bayramına həsr olunan şənlik keçirilib.

    Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məlumata görə, təntənəli tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, bayramın tarixi kökləri, dəyərləri və xalqımızın adət-ənənələri haqqında danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən rektor onu sülh, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib.

    Tədbir musiqili şou proqramı ilə davam edib. Proqram çərçivəsində BANM-in tələbələri müxtəlif mahnılar ifa edib, hazırladıqları rəqslərlə çıxış edib və Novruz rəmzlərini əks etdirən nümunələr nümayiş ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi