Yuxarı

"Bakı-2015"in qonaqlarına təqdim ediləcək mədəni proqramların təşkili müzakirə olunub

Oyunlara hazırlıqla məqsədilə mədəniyyət və turizm proqramlarının təşklii ilə bağlı yaradılmış İşçi Qrupunun iclası keçirilib

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Mədəniyyət və Turizm Nazirliyində "Bakı-2015" I Avropa Oyunlarına hazırlıq məqsədilə mədəniyyət və turizm proqramlarının təşklii ilə bağlı yaradılmış İşçi Qrupunun iclası keçirilib.

"Report" xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, gənclər və idman naziri Azad Rəhimovun və hər iki qurumun məsul şəxslərinin iştirakı ilə baş tutan iclas Avropa Oyunları zamanı Azərbaycana gələcək qonaqlara təqdim ediləcək yüksək səviyyəli mədəni proqramların təşkilinin müzakirəsinə həsr olunub.

İclasda Avropa Oyunlarının davam etdiyi günlərdə Azərbaycanda fəaliyyət göstərən teatr-konsert müəssisələrində, kinoteatrlarda, muzeylərdə, açıq havada qonaqlar üçün təqdim ediləcək proqramlar, onların Azərbaycanın mədəni irsi, incəsənəti ilə yaxından tanış olması məqsədilə hazırlanmış əlavə xidmətlər haqqında məlumat verilib, eyni zamanda, daha geniş və əhatəli tədbirlərin hazırlanması məsələsi müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi