AzTV-nin üç musiqi kollektivi Mədəniyyət Nazirliyinin tabeliyinə keçib

AzTV-nin üç musiqi kollektivi Mədəniyyət Nazirliyinin tabeliyinə keçib “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən musiqi kollektivlərindən 3-ü Mədəniyyət Nazirliyinin tabeliyinə keçib.
Mədəniyyət siyasəti
22 Sentyabr , 2022 16:21
AzTV-nin üç musiqi kollektivi Mədəniyyət Nazirliyinin tabeliyinə keçib

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən musiqi kollektivlərindən 3-ü Mədəniyyət Nazirliyinin tabeliyinə keçib.

Bu barədə "Report"a QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu qərar QSC-də yeni və beynəlxalq təcrübəyə uyğun aparılan struktur islahatları çərçivəsində verilib. Qərara əsasən, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Niyazi adına Simfonik Orkestr, Cahangir Cahangirov adına Xor Kapellası artıq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.

Bununla bağlı QSC-nin sədri Rövşən Məmmədovun və mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin musiqi kollektivlərinin üzvləri ilə görüşü olub. Görüşdə musiqi kollektivlərinin bütün suallarına aydınlıq gətirilib.

Vurğulanıb ki, bu qərarın verilməsində məqsəd musiqi kollektivlərinin işini daha məhsuldar etmək və onların yaradıcılıq imkanlarını bir qədər də genişləndirməkdir. Bundan başqa, sənət adamlarının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyəti kollektivlərin peşəkarlıqlarının artırılması və karyera baxımından daha səmərəli mühit yaradacaq.

Lakin QSC sözügedən kollektivlərlə bundan sonra da birlikdə çalışacaq. Belə ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC konsert proqramları təşkil edərkən Mədəniyyət Nazirliyinə müraciət etməklə musiqi kollektivləri ilə qonorar əsasında əməkdaşlıq edəcək.

Hazırda QSC ilə Mədəniyyət Nazirliyi arasında məhsuldar və sıx işbirliyi var, atılan addım əməkdaşların fəaliyyətini məhsuldar etməklə yanaşı, iki qurum arasındakı əməkdaşlığı daha da gücləndirəcək.

Qeyd edək ki, adıçəkilən 3 musiqi kollektivindən başqa digər kollektivlər fəaliyyətlərini QSC-nin nəzdində davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi