Azərbaycanlı rəssamlar Tbilisidə “Urban Art Festival”ında iştirak edirlər

Azərbaycanlı rəssamlar Tbilisidə “Urban Art Festival”ında iştirak edirlər Tbilisi. 6 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində üçüncü “Urban Art Festival”ı keçirilir.
Mədəniyyət siyasəti
6 Oktyabr , 2018 18:06
Azərbaycanlı rəssamlar Tbilisidə “Urban Art Festival”ında iştirak edirlər

Tbilisi. 6 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində üçüncü “Urban Art Festival”ı keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Gürcüstan, Azərbaycan, Ermənistan, ABŞ, Almaniya və İtaliyadan olan rəssam və fotoqraflar iştirak edir.

“Fabrika” çoxfunksiyalı mərkəzində keçirilən festival Tbilisi meriyası və ABŞ, Almaniya və İtaliyanın Gürcüstandakı səfirliklərinin dəstəyi ilə baş tutub.

Azərbaycanı festivalda “Moosem”, “Azy”, və “Wish” ləqəbli rəssam-illüstratorlar təmsil edirlər.

Azər Məmmədli (“Azy”) “Report”a açıqlamasında bildirib ki, ötən ildə festivalda iştirak edib. O, festivalda iştirak edən rəssamların sərbəst mövzuda divar üzərində rəsm və qrafitti çəkdiyini deyib.

Festival çərçivəsində həmçinin ABŞ-dan olan fotoqrafların mühazirələri, əyləncəli tədbirlər və breyk-dans rəqqasları arasında yarış keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi