Azərbaycanlı rəssamın əsəri beynəlxalq sərgidə nümayiş olunub

Azərbaycanlı rəssamın əsəri beynəlxalq sərgidə nümayiş olunub Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtaliyada yaşayan azərbaycanlı rəssam Elay Məmmədov ölkəmizi Florensiyada keçirilən XIII beynəlxalq rəsm sərgisində təmsil edib.
Mədəniyyət siyasəti
24 Oktyabr , 2021 17:35
Azərbaycanlı rəssamın əsəri beynəlxalq sərgidə nümayiş olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtaliyada yaşayan azərbaycanlı rəssam Elay Məmmədov ölkəmizi Florensiyada keçirilən XIII beynəlxalq rəsm sərgisində təmsil edib.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məşhur Fortezza Da Basso qalereyasında təşkil edilən sərginin açılış mərasimdə Florensiyanın rəsmi şəxsləri və tanınmış incəsənət nümayəndələri iştirak ediblər. Sərgidə 40-dan artıq ölkənin 460 rəssamının 1000-ə yaxın əsəri təqdim olunub. Onların arasında Elay Məmmədovun gizli üslubda yağlı boya ilə çəkdiyi "Domesticated Red" əsəri nümayiş edilib. Fəlsəfi təxəyyülün məhsulu olan əsər sərgi ziyarətçilərində böyük maraq doğurub.

Sərgi oktyabrın 31-də başa çatacaq. Soydaşımıza media dəstəyini Neapol-Bakı Assosiasiyası göstərib.

Qeyd edək ki, Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu olan Elay Məmmədovun digər əsəri oktyabrın 28-dən Torino beynəlxalq sərgisində nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi