Azərbaycanlı rejissor Gürcüstan teatrında yeni tamaşa səhnələşdirib

Azərbaycanlı rejissor Gürcüstan teatrında yeni tamaşa səhnələşdirib Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Gürcüstanda yeni tamaşa səhnələşdirib.
Mədəniyyət siyasəti
27 Noyabr , 2019 19:25
Azərbaycanlı rejissor Gürcüstan teatrında yeni tamaşa səhnələşdirib

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Gürcüstanda yeni tamaşa səhnələşdirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, rejissor Türkiyənin tanınmış dramaturqu Tuncer Cücenoğlunun “Çığ” (Uçqun) adlı əsərinə Tbilisinin Axmeteli Dövlət Dram Teatrında quruluş verib.

Tamaşada teatrın aparıcı aktyorları - Andria Qvelesiani, Maiko Vatsadze, Tamriko Bejuaşvili, Mamuka Mazavrişvili və digərləri rol alıblar.

Səhnə əsəri hər tərəfdən qarlı dağlarla əhatələnmiş kiçik bir kənddə baş verən hadisələr və uçqun təhlükəsindən qorunmaq üçün sakinlərin səssizliyə necə riayət etmələrindən bəhs edəcək.

“Çığ” tamaşasının premyerası dekabrın 3-də baş tutacaq. Yeni səhnə əsəri dekabrın 4-də və 21-də də nümayiş etdiriləcək.

Qeyd edək ki, İ.Gözəlova Axmeteli Dövlət Dram Teatrı ilə sıx əməkdaşlıq edir. Rejissor ötən il bu teatrda tanınmış gürcü yazıçı Nodar Dumbadzenin “Hellados” əsəri əsasında eyniadlı tamaşa səhnəyə qoyub. 

Son xəbərlər

Orphus sistemi