Yuxarı

Azərbaycanlı müğənni Türkiyədə tamaşaçılara duyğulu anlar yaşadıb – FOTO

İfaçı tədbirin fəxri mükafatına layiq görülüb.

Bakı. 21 May. REPORT.AZ/ “Dünya Qarapapaq Türk İs adamları” təşkilatının Türkiyənin Sivas bölgəsində Sivas Mədəniyyət Qurultayı keçirilib. "Report" xəbər verir ki, qurultay Türkiyənin “İstiqlal marşı”nın səslənməsi ilə başlayıb.

Tədbirə Azərbaycandan müğənni Rövşən Civişov da qatılıb. O, bir neçə xalq mahnısı ifa edib.

Həmçinin müğənni tədbirdə “Mehriban ana” mahnısını da ifa edib ki, bu da tamaşaçılara duyğulu anlar yaşadıb. Alqışlarla çıxış edən ifaçı tədbirin fəxri mükafatına layiq görülüb.

Qeyd edək ki, tədbirdə Azərbaycandan və Gürcüstandan sənətçi İlham Əsgəroğlu və şairələr Səadət Buta, Zəhra Xəlili də çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi