Azərbaycanlı fotoqrafların işləri onlayn sərgidə nümayiş etdiriləcək

Azərbaycanlı fotoqrafların işləri onlayn sərgidə nümayiş etdiriləcək Tehrandakı Qeyri-Maddi Mədəni İrs Mərkəzi ölkədə koronavirusun yayılması ilə əlaqədar onlayn fotosərgiyə başlayıb.
Mədəniyyət siyasəti
15 Aprel , 2020 11:11
Azərbaycanlı fotoqrafların işləri onlayn sərgidə nümayiş etdiriləcək

Tehrandakı Qeyri-Maddi Mədəni İrs Mərkəzi ölkədə koronavirusun yayılması ilə əlaqədar onlayn fotosərgiyə başlayıb.

“Report” İran mediasına istinadən xəbər verir ki, bu barədə mərkəzin direktoru vəzifəsini icra edən Rza Sucudi bildirib.

Sərgidə İran, Azərbaycan, Tacikistan və Qırğız Respublikasının fotoqrafları tərəfindən hazırlanmış Qərbi və Mərkəzi Asiyanın qeyri-maddi mədəni irsinin fotoşəkilləri yer alır.

Maraqlananlar Mərkəzin rəsmi saytına müraciət edərək daha çox məlumat ala bilərlər.

Son xəbərlər

Orphus sistemi