Azərbaycanlı bəstəkar Fransada keçiriləcək musiqi festivalı üçün musiqi bəstələyəcək

Azərbaycanlı bəstəkar Fransada keçiriləcək musiqi festivalı üçün musiqi bəstələyəcək Fransada keçirilən "Musiqi festivalı" üçün yeni musiqi bəstələmək Firəngiz Əlizadəyə həvalə edilib
Mədəniyyət siyasəti
10 Avqust , 2017 06:28
Azərbaycanlı bəstəkar Fransada keçiriləcək musiqi festivalı üçün musiqi bəstələyəcək

Paris. 10 avqust. REPORT.AZ. Fransanın Jiverni şəhərində keçirilən "Musiqi festivalı" bu il "İpək yolu" mövzusuna həsr edilib və festival üçün yeni musiqi bəstələmək Azərbaycanın tanınmış bəstəkarı Firəngiz Əlizadəyə həvalə edilib.

"Report"un Fransa bürosunun məlumatına görə, builki festivalın məqsədi "İpək yolu" üzərində yerləşən ölkələrdə təkamülə töhfə vermiş elm və biliyin tarix boyu necə cərəyan etdiyini azərbaycanlı musiqiçinin həzin notlarının güçü ilə canlandırıb, musiqisevərlərə təqdim etməkdir.

Tədbir təşkilatçılarının təklifinə razılıq verən Azərbaycanın görkəmli musiqiçisi avqustun 17-27 tarixlərində keçiriləcək festivalda bir sıra əsərləri, o cümlədən hamının böyük maraqla yolunu gözlədiyi yeni musiqisi ilə iştirak edəcək.

Azərbaycanlı bəstəkarın əsərlərini ifa edən musiqiçilər siyahısına görkəmli pianoçu Jan-Klod Vanden (Belçika), məşhur sripkaçılar Mişel Stross (Fransa), Nikita Boriso-Glebski (Rusiya), əfsanəvi səsə malik Şaron Coste (Fransa - Kanada mənşəli) daxildirlər. 

Son xəbərlər

Orphus sistemi